Xəbər axtarın

Son axtarış nəticələri:

Son beş ildə mina partlayışlarında 71 nəfər həlak olub

28.01.2026 17:16


Ötən il Azərbaycanda mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 33 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Primeinfo.az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev 2025-ci ilin yekunlarına dair geniş kollegiya iclasında deyib.

Baş prokuror bildirib ki, 2020-ci ilin noyabr ayından hazırkı vaxtadək isə ümumilikdə 417 şəxs bu hadisələrin qurbanı olub:

“Onlardan 71 nəfəri həlak olub, 346 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb”.

 

Paylaş: