Xəbər axtarın

Son axtarış nəticələri:

"Trabzonspor"un futbolçusu Belçika klubuna keçib - FOTO

21.01.2026 18:12

Türkiyənin “Trabzonspor” klubunun futbolçusu Danilo Sikan “Anderlext”ə (Belçika) keçib.Primeinfo.az xəbər verir ki, bu barədə Belçika təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

24 yaşlı forvardla müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, hücumçu ötən mövsümün ortasında “Trabzonspor”a keçmişdi.

O, Türkiyə klubunun heyətində meydana çıxdığı 34 matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Paylaş: