
ABŞ-nin Venesuelada həyata keçirdiyi uğurlu hərbi əməliyyat digər ölkələrdə də təkrarlana bilər. ABŞ Prezidenti Donald Trampın son açıqlamaları belə deməyə əsas verir. Trampın narkoticarətə qarşı apardığı mübarizə fonunda Venesuelanın aqibətini daha bir neçə ölkənin yaşaya biləcəyi proqnozlaşdırılır.
Mövzu ilə bağlı Prime TV-nin “Qırmızı masa” verilişində danışan siyasi şərhçi Elçin Alıoğlunun fikrincə, Venesueladan sonra anoloji hədəfə tuş gələcək əsas ölkələr Kolumbiya, İran və Kuba olacaq:

“Bu ölkələrdəki hakimiyyət xalqına divan tutan, xalqını yarıac saxlayan bir hakimiyyətdir. Mən Kubada hakimiyyətin devrilməsini cani-dildən istəyirəm. Kubanın paytaxtı Havanada olmuşam, orada insanların necə yaşadığını görmüşəm. Acınacaqlı bir vəziyyətdir. Kolumbiyada da eyni durumdur. Kolumbiyanın bir çox əyalətlərində ümumiyyətlə, hakimiyyət yoxdur, orada narkokartellər söz sahibidir. Ölkəni onlar idarə edir”.
Davamı “Qırmızı masa”da: