Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyədə "narkotik işi": Oktay Kaynarca, Emel Müftüoğlu və daha 4 nəfər saxlanıldı

13.01.2026 13:12


Türkiyədə tanınmış şəxslərə qarşı aparılan “narkotik işi” çərçivəsində “Kurtlar vadisi”nin “Çakır”ı – məşhur aktyor Oktay Kaynarca saxlanılıb.

Primeinfo.az bu barədə “TRT Haber”ə istinadən bildirir.

O, İstanbul Respublika Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər İstintaq Bürosunun apardığı istintaq çərçivəsində dindirilmə üçün Vilayət Jandarma Komandanlığına aparılıb.

Oktay Kaynarcadan əlavə, məşhur müğənni Emel Müftüoğlu, həmçinin Neda Şahin, Ali Sert, Rabi Karataş və Selen Çetinkaya nəzarətə alınıb.

 

Paylaş: