
“Rusiya, ABŞ və Ukrayna BƏƏ-də münaqişəyə son qoymaq variantlarını müzakirə edirlər”.
Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz “Teleqram” kanalında çıxışı zamanı bildirib.
Zelenskinin sözlərinə görə, o demək olar ki, hər saat Ukrayna nümayəndələrindən hesabatlar alır:
“Ukrayna, Amerika və Rusiya nümayəndə heyətləri bu gün orada idilər və artıq müzakirələr aparılıb. Bu, vacibdir, çünki belə üçtərəfli görüş uzun müddətdir keçirilmir.
Onlar müharibəyə son qoymaq üçün parametrləri müzakirə edirlər”, – Ukrayna lideri qeyd edib.