Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ-la Ermənistan nüvə enerjisinə dair memorandum imzalayıb

09.02.2026 21:55

ABŞ-la Ermənistan arasında nüvə enerjisi sahəsində dinc əməkdaşlığa dair memorandum imzalanıb.

Primeinfo.az xəbər verir ki, sənədi Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ-ın vitse-prezidenti Cey Di Vens imzalayıb.

Sənəd iki ölkənin nüvə enerjisi sahəsində gələcək strateji qarşılıqlı fəaliyyətinin hüquqi əsasını təşkil edir.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ermənistanda səfərdədir.

Paylaş: