
Müstəqil sorğu şirkəti ilə əməkdaşlıq çərçivəsində 2025-ci il ərzində aparılmış məmnuniyyət sorğularının nəticələri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sərnişindaşıma xidmətinin səviyyəsinin yüksəldiyini göstərir.
Bu barədə Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Bildirilib ki, əyani sorğularda 84,3%, rəqəmsal sorğularda 78,8% korporativ müştərilər arasında sorğuda isə 100% məmnuniyyət səviyyəsi qeydə alınıb.
