
“Aeroportdan şəhər istiqamətinə taksi xidmətinə məhdudiyyət qoydular. Bununla nəyə nail oldular? Başa düşmürlər ki, Azərbaycan vətəndaşı onlardan kreativdir”.
Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib.
O qeyd edib ki, dövlət qurumları vətəndaşlara qarşı qərarlar verəndə, vətəndaşlar da onun əksini düşünüb tapırlar:
“Taksi problemi ilə əlaqədar “WhatsApp” qrupları yaradılıb. “Qonşu-qohum taksiləri” yaranıb. Bir-birlərinə zəng edirlər. Güvəndiyin adamı çağırırsan, gəlir hava limanının girişində dayanır. 100-200 metr piyada gedib, girişdən taksiyə minib gedirsən. Heç taksi içəri girib, 1 manatını da ödəmir”.
Davamı “Qırmızı masa”da: