
“AMEA-nın idarəetməsindən tələb etmək lazımdır ki, bu alimlər niyə acından ölürlər? Niyə orada yatırlar?”
Primeinfo.az xəbər verir ki, bunu tarixçi alim Paşa Həsənli Prime TV-nin “Milli fikir” verilişində deyib.
O, ölkədə elm adamlarına, alimlərə diqqət və qayğının kifayət qədər olmadığından gileylənib:
“Məsələn, özümdən misal çəkim. Mənim son 1 ildə müxtəlif yerlərdə bir neçə məqalələrim çıxıb. Amma bundan heç kimin xəbəri yoxdur. Əgər millət və dövlət olaraq yaşamaq, inkişaf etmək istəyirsənsə, sənin elmin, alimlərin olmalıdır. Onlar nüfuzlu, pullu-imkanlı adamlar olmalıdır. Halal puldan danışıram, rüşvətdən yox!”
Jurnalist Aygün Muradxanlı deyib ki, son illərdə AMEA elmlə yox, daha çox sevgi intriqaları ilə gündəmə gəlib.
Keçmiş Baş nazir Pənah Hüseyn SSRİ-nin dağılması prosesinin AMEA-dan başladığını xatırladıb.
Mövzu ətradında gedən qızğın müzakirəni təqdim edirik: