Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan: "Sülh yönümlü diplomatiyamız davam edir"

03.03.2026 15:54

Ərdoğan: "Sülh yönümlü diplomatiyamız davam edir"

ABŞ və İsrailin İrana qarşı müharibəsi artıq dördüncü gününə qədəm qoyub.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, İranda 700-dən çox, İsraildə isə ən azı 9 nəfər ölüb, həlak olan amerikalı əsgərlərin sayı isə 6-ya çatıb.

Ərdoğan Türkiyənin Yaxın Şərq regionunda sülh yönümlü diplomatiyasının davam etdiyini vurğulayıb.

“Problemlərin danışıqlar masası arxasında dialoq və danışıqlar yolu ilə ədalətli həlli üçün böyük səy göstəririk”, – Türkiyə Prezidenti əlavə edib.

Paylaş: