
“Kreml Azərbaycana qarşı informasiya hücumuna başlayıb. Bizim hüquq-mühafizə orqanlarımız isə ancaq açıq mətbuatda yer alan “ittihamedici materiallar” dərc etməklə məşğuldurlar”.
Primeinfo.az xəbər verir ki, bunu keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, arxivləri açmaq, “5-ci kolon”da kimin iqtidar və ya müxalifət statusunun arxasında gizləndiyini deməyin vaxtı çatıb:
“Xüsusilə də bəzi səslərin “sadəlövhlüyü” məni təəccübləndirir. Onlar Kremlin siyasətini və onun yerli əlaltılarını müdafiə etməyə çalışaraq, məni “5-ci kolon” adlandırmaqdan daha yaxşı fikir tapa bilməyiblər.
Onlarda ciddi məntiq pozuntusu var: Kremli ittiham edən “5-ci kolon” olur, Kreml siyasətini maskalayanlar isə demokrat?
Düşünürəm ki, bəzi arxivləri açmağın və hər kəsi layiq olduğu adlarla çağırmağın vaxtıdır”.