
Azərbaycan Tibb Universitetində (ATU) tələbə şəhərciyində xarici ölkələrdən universitetə proqram əsasında gələn professor-müəllim heyəti üçün yeni qonaq evi istifadəyə verilib.
Primeinfo.az xəbər verir ki, açılış mərasimində universitetin rəsmi şəxsləri iştirak ediblər.
ATU rektoru, professor Gəray Gəraybəyli çıxışında qeyd edib: “Yeni qonaq evi universitetimizə gələn qonaqlara həm rahat, həm də müasir şərait təqdim edir. Burada onların həm işgüzar fəaliyyətini, həm də istirahətini nəzərə almışıq”.
Qonaq evi müxtəlif ölçülü otaqlar, tam təchiz olunmuş mətbəx, sürətli Wi-Fi və hər otaqda ayrıca sanuzel ilə təmin olunub. Məqsəd burada olan hər kəsin komfortlu və rahat şəraitdə qalmasını təmin etməkdir.























