Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib. Primeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb. Qanuna əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çınarlı, Vladimirovka bələdiyyəsinin isə Elbir bələdiyyəsi adlandırılacaq.
Havanın kəskin dəyişməsi nəticəsində oktyabrın 3-ü gecə saatlarından başlayaraq şimal bölgəsinin yüksək dağlıq ərazilərinə qar yağıb. Primeinfo.az xəbər verir ki,Quba rayonunun Xınalıq kəndində qarın hündürlüyü 10 santimetrə çatır. Yerli sakinlərin sözlərinə görə, kənddə qar yağması hazırda da davam edir.
Sentyabrın 12-si “II İqlim Dəyişiklikləri üzrə Gənclərin Lokal Konfransı — II LCOY Azərbaycan 2026”nın ikinci günü Qubada, Bakı Dövlət Universitetinin Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində keçirilib. Ekspert çıxışları və tematik müzakirələrə həsr olunmuş birinci gündən fərqli olaraq, ikinci gün tamamilə gənclərin iqlim məsələləri üzrə Milli Gənclər Bəyanatı üzərində birgə işinə həsr olunub. “EkoSfera” Ekoloji-Sosial Mərkəzindən Primeinfo.az-a verilən xəbərə görə, proqramın bu hissəsi üçün məhz Qubanın seçilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, yerli vaxtla saat 20:56-da Quba rayonu ərazisində 13 km dərinlikdə 4.9 maqnituda zəlzələ qeydə alınıb.
İyulun 15-də saat 01:00 radələrində 1 nəfər (qadın) aqonal vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Primeinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Məlumata görə, 2003-cü il təvəllüdlü hamiləyə anafilaktik şok (seftriakson inyeksiyasına qarşı), IV dərəcəli anafilaktik şok, ölü döl diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib: “Pasiyent qəbul zamanı aqonal vəziyyətdə olub, ürək fəaliyyəti və ritmi qeydə alınmayıb.
Qubanın 3 kəndinin adı dəyişdirilib
Quba rayonunun 3 kəndinin adı dəyişdirilir. Primeinfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq və Vladimirovka kənd inzibati ərazi dairəsi Elbir kənd inzibati ərazi dairəsi hesab ediləcək.
Quba rayonunun 3 kəndinin adı dəyişdirilir. Bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Qubada üç kəndin adı dəyişdirilir. Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qanun layihəsi sabah Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Layihəyə əsasən, Qubanın Vladimirovka kəndi Elbir, Alekseyevka kəndi Çinarlı, Timiryazev kəndi isə Bəhrəli adlandırılacaq.
Quba rayonunun Qonaqkənd kəndi istiqamətində baş vermiş torpaq sürüşməsi nəticəsində rayon mərkəzi ilə bir neçə kəndi birləşdirən avtomobil yolu sıradan çıxıb. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunur ki, hazırda aidiyyəti qurumlar tərəfindən alternativ yolun tikintisi istiqamətində tədbirlər görülür.