Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: quba

Qubada hindistanlı turist avtomobil qəzasında öldü

Qubada hindistanlı turist avtomobil qəzasında öldü

Quba rayonunda avtomobil Hindistandan olan turisti vuraraq öldürüb. Primeinfo.az xəbər verir ki, hadisə rayonun Caqacuq kəndi yaxınlığında baş verib. Bildirilib ki, Hindistan vətəndaşı, 1985-ci il təvəllüdlü Mansur Xanı avtomobil vurub.

Avtoşluq edib, yerə pul səpənlər həbs olundu - VİDEO

Avtoşluq edib, yerə pul səpənlər həbs olundu - VİDEO

Qubada toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozan 8 nəfər Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu haqda Primeinfo.az-a DİN Mətbuat Xidmətindən bildirilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

17 yaşlı yeniyetmə itkin düşüb - FOTO

17 yaşlı yeniyetmə itkin düşüb - FOTO

Siyəzəndə 17 yaşlı yeniyetmə itkin düşüb. DİN-in Quba regional qrupundan Prieinfo.az-a bildirilib ki, rayon sakini, 2008-ci il təvəllüdlü Bəşirov Sənan Bəşir oğlu avqustun 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə və ya Siyəzən RPŞ-nin “+994 23 304 02 21”, “+994 50 663 43 99” nömrələrinə məlumat vermələri xahiş olunur.

Son bir həftədə yaşıllıqlara 75 min manatdan çox ziyan vurulub - AÇIQLAMA

Son bir həftədə yaşıllıqlara 75 min manatdan çox ziyan vurulub - AÇIQLAMA

      Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Quba, Xaçmaz və Samux rayonlarında ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 75 min manatdan çox ziyan dəyib. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb. Qeyd edilib ki, araşdırma zamanı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi 13 ünvanında, Quba rayonu Çiçi kəndi, Xaçmaz rayonu Seyidlər kəndi ərazisində və Samux rayonu Kür çayının sağ sahilində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 75 min 770 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.