Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycandan Monteneqroya viza necə alınır? – Turizm ekspertindən İZAH - VİDEO

16.02.2026 12:11

Yayda istirahət üçün turistlərin ən çox səyahət etdiyi ölkələrdən biri də Monteneqrodur. Adriatik dənizində yerləşən bu kiçik Balkan dövləti gözəl təbiəti, mədəni irsi və təmiz çimərlikləri ilə məşhurdur.

Primeinfo.az xəbər verir ki, Azərbaycandan əvvəllər bu ölkəyə vizasız səyahət etmək mümkün olsa da, bu ildən şərtlər dəyişib.

Belə ki, yanvarın 15-dən etibarən Azərbaycan vətəndaşlarına Monteneqroya səfər üçün viza tətbiq edilir. Bu qərar ölkənin Avropa Birliyinə üzvlük perspektivləri ilə izah olunub.

Bu ölkədə işləmək və ya biznes fəaliyyəti ilə məşğul olmaq üçün isə ən azı 1 illik yaşayış icazəsinin alınması tələb olunur.

Turizm məsələləri üzrə ekspert, tanınmış səyahət blogeri Azər İsmayılın sözlərinə görə, bu ölkəyə viza almaq üçün Monteneqronun Türkiyədəki səfirliyinin Bakıdakı ofisinə müraciət etmək lazımdır.

O, “İnstagram” hesabında viza almaq üçün tələb olunan sənədlər barədə vətəndaşları məlumatlandırıb.

Həmin paylaşımı təqdim edirik:

 

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Azar Ismayil (@azikiss.me)

Paylaş: