Xəbər axtarın

Son axtarış nəticələri:

Bakı metrosunda problem: qatarlar gecikir - FOTO

24.02.2026 12:26


Bu gün saat 11:18 radələrində Bakı metropoliteninin “İçərişəhər–Sahil” mənzilində “Qırmızı xətt” üzrə hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb.

Bu barədə Primeinfo.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, texniki baxışın keçirilməsinə zərurət yarandığından normativ tələblərə uyğun olaraq sərnişinlər “Sahil” stansiyasında düşürülüb.

Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb, əvəzinə ehtiyat qatar xəttə buraxılıb.

Məlumata görə, hazırda “Yaşıl” və “Qırmızı” xətlərdə intervalda 15 dəqiqəyədək yubanmalar müşahidə olunur.

İntervallar qısa müddətdə bərpa olunacaq.

“Bənövşəyi xət”də və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.

Paylaş: