Xəbər axtarın

Son axtarış nəticələri:

"Böyük Seva" palataya köçürüldü

09.02.2026 11:17

ANS telekanalından “Böyük Seva” kimi tanınan jurnalist Sevda Həsənova palataya köçürülüb.

Primeinfo.az-a bu barədə Respublika Neyrocərrahiyyə Xəstəxanasından məlumat verilib.

“1970-ci il təvəllüdlü şəxs (qadın) Respublika Neyrocərrahiyyə Xəstəxanasının Reanimasiya şöbəsindən Baş-beyin şöbəsinə köçürülüb. Hazırda onun müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”, – məlumatda bildirilib.

Qeyd edək ki, S.Həsənova fevralın 6-da beyin əməliyyatı keçirib. Bakı Neyrocərrahiyyə Mərkəzində jurnalistin beyin şişinin cərrahi yolla götürülməsi (ekstirpasiyası) prosesi aparılıb.

Paylaş: