
“Birmənalı olaraq bu adamlar Kremldən idarə olunur. Nə Solovyov, nə Duqin, nə Zatulin, nə də digərləri heç bir halda Rusiya prezidentinin razılığı olmadan, o cür ritorika ilə çıxış edə bilməzlər”.
Primeinfo.az xəbər verir ki, bu sözləri millət vəkili Arzuxan Əlizadə Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
“Biz, xüsusilə də 2024-cü il dekabrın 25-də “Azal”a məxsus sərnişin təyyarəsi Rusiya hava məkanında vurulandan sonrakı dönəmdə Rusiyanın Azərbaycana qarşı sərgilədiyi düşmən mövqeyinə şahidlik etmişik və çox uzun müddətdir bu davam etməkdədir”, – o əlavə edib.
Davamı “Qırmızı masa”da: