Xəbər axtarın

Son axtarış nəticələri:

Buzovnanın bəzi ərazilərində işıq olmayacaq

03.02.2026 10:09

Fevralın 3-də Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək.

Primeinfo.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Buzovna qəsəbəsi Abşeron, Cəfər Cabbarlı, Məmməd Namazov, Sidqi Ruhulla küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Paylaş: