Xəbər axtarın

Son axtarış nəticələri:

Efiopiyanın Baş naziri Azərbaycana gəlib

26.02.2026 17:15

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli fevralın 26-da Azərbaycan Respublikasına  gəlib.

Primeinfo.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Paylaş: