Xəbər axtarın

Son axtarış nəticələri:

Fazil Mustafa: "Dövlət qurumlarında çox sayda ixtisarlar var"

02.02.2026 12:05

“Bu gün dövlət qurumlarında çox sayda insanlar ixtisar olunur”.

Primeinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

“Metropolitendə xeyli ixtisarlar var, Xəzər Dəniz Gəmiçiliyində ixtisarlar var. Qanunvericiliyə də başa düşürəm. İndi büdcədə növ olacaq müəyyən problemlər həll olunur”.

Deputat qeyd edib ki, həmin şəxslər ya işlə təmin olunmadırlar, ya da onlara müavinət verilməlidir:

“Yüzdən artıq insan işsiz qalıb. Və bu cəmiyyətin bu problemi daşıması çox böyük təhlükələrlə dövləti üzləşdirə bilər. Buna diqqət yetirilməsi vacibdir”.

Paylaş: