
“Azərbaycanda şou-biznes haqqında danışan şəxslər bunu bilməlidirlər: Bizdə şou-biznes verilişi yoxdur, müğənni verilişləri var”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı masa” proqramında siyasi şərhçi Elçin Alıoğlu bildirib.
Onun sözlərinə görə, əvvəllər Murad Arif və digərlərinin təqdimatında səviyyəli proqramlar olsa da, son illərdə belə verilişlərə rast gəlinmir:
“İndi səviyyəsi yüksək olmayan bir müğənni çıxır efirə, ona da səviyyəsiz suallar verilir və səviyyəsiz cavablar alınır. Sonra da sosial şəbəkələrdə məsxərəyə qoyulur. Gündə 11 saat müğənni proqramı olar? Bu, nə biarbırçılıqdır?”
Davamı “Qırmızı masa”da: