
Azərbaycan Prezidenti Azərbaycandan Fransaya qarşı səsləndirilən fikirlərlə bağlı iddialara reaksiya verib.
Primeinfo.az xəbər verir ki, dövlət başçısı bildirib ki, Azərbaycandan səslənən fikirlər ilk hücum deyil, yalnız qarşı tərəfin açıqlamalarına verilən cavabdır.
“Mən sərt sözləri ilk işlədən olmamışam.
Azərbaycandan səslənən hər şey yalnız cavabdır. Fransa prezidentinin, rəsmi şəxslərin, Senatın və Milli Assambleyanın spikerlərinin, eləcə də tanınmış simaların dövlətimizi və şəxsən məni təhqir edən ifadələrinin kataloqu bizdə var”, – deyə Prezident vurğulayıb.
İlham Əliyev əlavə edib ki, xüsusilə 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra və 2023-cü il antiterror tədbirlərinə qədər bəzi fransalı siyasətçilərin qanunsuz şəkildə Qarabağa səfər etməsi Azərbaycan dövlətçiliyinə qarşı açıq hörmətsizlik olub.
Prezident qeyd edib ki, Azərbaycanın bütün addımları və açıqlamaları məhz bu addımlara cavab xarakteri daşıyıb:
“Azərbaycanın dediyi və ya etdiyi hər şey sadəcə cavab idi. Ola bilsin ki, bu, kobud və anlaşılması çətin olub”.