
İran Azərbaycanla sərhəd yaxınlığında yer səviyyəsindən 10.000 futa (təxminən 3300 metr) qədər yüksəkliklərdə pilotsuz uçuş aparatlarından istifadə olunacağını bildirən NOTAM (Notice To Air Missions) yayımlayıb.
Primeinfo.az xəbər verir ki, bu barədə “flightradar24” monitorinq resursu məlumat verib.
Resurs həmçinin İranın NOTAM-ı yayımladığı dəniz ərazisinin koordinatlarını da dərc edib.
Qeyd edək ki, NOTAM uçuş heyətinə göndərilən, aeronaviqasiya avadanlığı, xidmətlər və qaydalarla bağlı dəyişikliklər və ya təhlükə barədə məlumatları çatdıran rəsmi bildirişdir.
Hazırkı vəziyyətdə İranın bu xəbərdarlığı o deməkdir ki, Xəzər dənizində Azərbaycan sərhədi boyunca bütün dəniz zonası üzərindəki hava məkanı bütün növ uçuşlar üçün bağlıdır. Bu, İranın həmin ərazidə PUA-larla təlimlər keçirdiyini göstərir.
İranın Xəzər dənizi üzərində keçirdiyi pilotsuz təyyarə təlimləri ABŞ-nin bölgədə hərbi səfərbərliyi və Tehrana mümkün hərbi əməliyyatlarla bağlı təhdidlər fonunda baş verir.
