
“Trampdan tələb olunan budur ki, neftlə əlaqəli bölgələrə, xüsusən də, dünya
iqtisadiyyatına vurulan zərəri və yaxud əmələ gələn təlatümləri önləmək üçün
İrandakı rejimə nəzarət həyata keçirilməlidir”.
Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində
siyasətçi Qələndər Muxtarlı deyib.
O, Çin və İran arasında 2021-ci ildə imzalanmış 25 illik strateji əməkdaşlıq
müqaviləsini xatırladıb. Qeyd edib ki, uzun bir dövrü əhatə edən bu müqavilə
çərçivəsində Çinin İrana 400 milyard dollara qədər sərmayə qoyacağı gözlənilir.
Bu sərmayə neft, qaz, infrastruktur, telekommunikasiya və digər sahələri əhatə
edir, əvəzində isə İran Çinə neft və qaz təchizatını təmin edir:
“Çinə qarşı mübarizə Amerikanın birinci hədəfidir. Amma Çini enerji təchizatı ilə
təmin edən ölkə də İrandır. Ona görə də Çinin Amerika üçün yaratdığı təhlükədə
İranın payı var. Və ABŞ bu məsələdə İranı bağışlamaq fikrində deyil”.
Ətraflı “Qırmızı masa”da: