
“İranın öz daxilində olan problemlər kifayət qədər böyük miqyasa malikdir və İran vətəndaşı bu gün yarı ac, yarı tox vəziyyətdə yatır. Çünki İran nədənsə öz vətəndaşına deyil, Həmasa, Hizbullaha, Husilərə və digər silahlı qruplaşmalara pul xərcləyir”.
Primeinfo.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O əlavə edib ki, İranın büdcəsinin böyük bir hissəsini SEPAH öz bildiyi və öz ətrafında topladığı xarici kontingentlərə ayırır. Bu da təbii ki, ölkədə narazılıqları artırır.
Davamı “Qırmızı masa”da: