
Türkiyənin istehsalı olan “Muamma: Cinə-i Cin” qorxu filminin Bakıda qala gecəsi keçirilib.
Primeinfo.az xəbər verir ki, paytaxtın simvolu olan “Alov Qüllələrin”də yerləşən “Park Cinema”da baş tutan tədbir filmin yaradıcı heyəti iştirak edib.
Tamaşaçılarının sayının çox olması səbəbindən tədbir izdihama çevrilib.
Filmin rejissoru Bülent Terzioğlu Azərbaycan tamaşaçısının diqqətindən məmnunluğunu bildirərək, qorxu janrında fərqli və təsirli bir atmosfer yaratmağı hədəflədiklərini qeyd edib.
Filmin prodüseri və eyni zamanda aktyoru olan Emre Coşkun qalaların Azərbaycanda keçirilməsinin onlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“Qardaş ölkə Azərbaycan tamaşaçısı ilə bu coşğunu yaşamaq bizim üçün böyük qürurdur. Tamaşaçılarımızın marağı və dəstəyi, gələcək layihələr üçün bizə güc verir”, -deyə Emre Coşkun bildirib.
O, yaxın gələcəkdə fərqli ölkələrdə də oxşar tədbirləri planlaşdırdıqlarını əlavə etib.
Filmin Azərbaycandakı nümayişini həyata keçirən Yalçın Çoban təşkilata göstərilən maraqdan məmnunluğunu ifadə edib və iki ölkə arasındakı mədəni əlaqələrin kino vasitəsilə daha da möhkəmlənəcəyini bildirib. Çoban, bu əməkdaşlığın yeni layihələrlə davam edəcəyinə işarə edib.
Qala gecə boyunca sosial şəbəkələrdə minlərlə paylaşım edilib və tədbir qısa müddət ərzində gündəmə damğasını vurmağı bacarıb. Qorxu janrına iddialı bir nəfəs gətirən “Muamma: Cinə-i Cin” Azərbaycandakı bu möhtəşəm təqdimatla həm tamaşaçıdan yüksək qiymət alıb, həm də beynəlxalq arenada adından söz etdirməyi bacarıb.
Qeyd edək ki, filmdə aktyorlar Özcan Varaylı, Sebahat Adalar, Elif Baysal, Emre Coşkun, Deniz Erinç, Gürkan Erduvan, Bilge Topal, Yeşim Emre, Cengizhan Başak, Bülənt Özsoy, Aytunç Güler çəkilib.
Süjet xəttinə gəlincə, filmdə 1990-cı illərdə Ankaranın Kayı kəndində baş vermiş gerçək bir hadisə ssenariləşdirilib. Bir evə edilən cadu nəticəsində evdə yaşanan paranormal hadisələr ailəni çıxılmaz vəziyyətə salır…
Filmin çəkilişi zamanı da bir çox paranormal hadisələr qeydə alınıb. Çəklişin ilk günü filmin rejissoru ürək tutmasından müalicə almağa məcbur olub. Çoxlu avadanlıqlar öz-özünə yoxa çıxıb. Kameralar evin bəzi otaqlarında işləməyib.
Səhnə menecerinin yerə sərdiyi döşəkağlarını üzərinə örtülmüş yorğan qaldırıldığında isə əqrəblər peyda olub. Film həqiqi medyumların dəstəyi ilə real sehr kitablarından hazırlanmış ciddi cadularla çəkilib.













