
“İndi artıq vəziyyət dəyişib və fürsət yaranıb. Hazırda İran öz hayındadır, bu gün Rusiya Ukrayna cəbhəsində bilmir ki, nə etsin. Bu fürsətdən istifadə edərək biz ölkənin içini təmizləməliyik”.
Primeinfo.az xəbər verir ki, bu sözləri hüquqşünas, siyasətçi Əli Mustafa Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
“Təhlükə haradan gəlir? Aydın məsələdir ki, dost olmayan dövlətlərin müdaxiləsi, onların buradakı şəbəkələrinin təxribatları və s. Bunun da qarşısını almaq üçün onları ifşa etmək lazımdır”, – deyə Ə.Mustafa əlavə edib.
Davamı “Qırmızı masa”da: