
“Azərbaycan üzərindən ixrac marşrutu Ermənistan biznesi üçün açıqdır”.
Primeinfo.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib.
O bildirib ki, Ermənistan biznesi bu faktı nəzərə almalı və yeni imkanları qiymətləndirməlidir:
“Bu məsələ ilə bağlı ən yüksək səviyyədə təminat almışıq”.
Paşinyan əlavə edib ki, Ermənistan yaxın günlərdə ABŞ tərəfinə “Tramp marşrutu” adlandırılan layihə üzrə saziş layihəsinə dair öz müşahidələrini təqdim edəcək. Hazırda layihə üzrə texniki-iqtisadi əsaslandırma prosesi aparılır.