
“Məsud Pezeşkian dünyanın gözündə yeganə legitim liderdir”.
Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Turan masası” verilişində Azərbaycanın İrandakı keçmiş səfiri, professor Nəsib Nəsibli bildirib.
İranda baş verən hadisələri şərh edən N.Nəsiblinin sözlərinə görə, Prezident Pezeşkian Güney Azərbaycan üçün Allahın lütfüdür:
“Bəziləri bu fikrimlə razılaşmayacaqlar, deyəcəklər ki, Pezeşkian rejimin adamıdır, rejimin içindən çıxıb. Bəli, doğru fikirdir. Elə rejimin içindən çıxdığı üçün də, o rejimi dəyişmək imkanı daha çoxdur”.
Davamı “Turan masa”nda: