Xəbər axtarın

Son axtarış nəticələri:

"Rusiya bununla barışa bilmir" - SON DƏQİQƏ - VİDEO

21.02.2026 12:00

“Ukraynada heç kim bu torpaqları de yure Rusiya ərazisi kimi tanımayacaq.

Bu isə o deməkdir ki, Ukrayna atəşkəs elan ediləndən sonra cəbhə bölgəsini gücləndirəcək, an yetişəndə, post Putin dönəmində o torpaqları işğaldan azad edə biləcək. Rusiya da bunun üçün qoşunların böyük bir qismini cəbhə bölgəsində saxlamalı olacaq. Rusiyanın o gücü və qüdrəti artıq yoxdur, amma bununla da barışa bilmir”.

Primeinfo.az xəbər verir ki, bu sözləri REAL partiyasının sədri Natiq Cəfərli Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

“Rusiyanın çırpıntıları da bununla bağlıdır ki, Cənubi Qafqazda və Orta Asiyada əvvəlki mövqelərini bərpa etsin”, – o əlavə edib.

Davamı “Qırmızı masa”da:

Paylaş: