
Rusiyanın Soçi şəhərindən və İranın paytaxtı Tehrandan Ermənistanın İrəvan şəhərinə uçuşlar ləğv olunub.
Primeinfo.az bildirir ki, Ermənistan mətbuatının öz mənbələrinə istinadən yaydığı xəbərə görə, bu barədə məlumat İrəvanın Zvartnots Beynəlxalq Hava Limanının onlayn uçuş lövhəsində öz əksini tapıb.
Bildirilib ki, “Flysepehran” şirkətinin İrandan Ermənistana, “Azimut” şirkətinin də Soçidən İrəvana uçuşları dayandırılıb. Təyyarələr yerli vaxtla saat 13:35 və 14:45-də İrəvana enməli idi.
Qərarın səbəbi hələlik ictimaiyyətə açıqlanmayıb.