
Rusiyanın Krasnodar diyarının Novorossiysk şəhərindən təxminən 30 kilometr məsafədə 4,8 maqnitudalı zəlzələ qeydə alınıb. İnfrastruktura heç bir ziyan dəyməyib.
Primeinfo.az xəbər verir ki, bu barədə Novorossiysk meri Andrey Kravçenko məlumat verib. O bildirib ki, Vahid Dispetçer Xidmətinə zəlzələ barədə məlumat monitorinq mərkəzlərindən daxil olub.
Seysmik aktivlik 20 kilometrdən çox dərinlikdə və şəhərdən təxminən 30 kilometr məsafədə qeydə alınıb. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin gücü 4,8 bal olub.
Regional əməliyyat qrupu Novorossiysk və Anapa sakinlərinin də zəlzələni hiss etdiklərini bildirib.