
Şəmkir rayonu ərazisində ötən gün baş verən avtomobil qəzası nəticəsində xəsarət alanlardan ikisinin vəziyyəti orta ağırdır.
Primeinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, fevralın 8-də saat 16:30 radələrində Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət almış 3 kişi Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda 1993 və 1994-cü il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir.
Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir. 1997-ci il təvəllüdlü şəxs isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Fotoda Altun Mustafayevdir
