Xəbər axtarın

Son axtarış nəticələri:

“Siz kimsiniz? Siz qələt edirsiniz!” – Başqan OD PÜSKÜRDÜ – VİDEO

06.02.2026 12:53

“Aydın məsələdir ki, ABŞ İran şahının oğlu Rza Pəhləvidən istifadə etməyə çalışır. Guya millət onun hakimiyyətə gəlməsini istəyir. Amma millət onu istəmir”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı Əjdər Tağızadə Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

Onun sözlərinə görə, Tramp və onun komandası Pəhləvidən hansısa formada faydalanmaq niyyətindədir. Lakin İran cəmiyyətinin böyük əksəriyyəti onu qəbul etmir:

“Onlar istəyirlər ki, İran adlanan yeri bütöv götürsünlər. Ona görə də Amerikadan bir nəfəri atıblar ortaya. İndi də Almaniya bu fikrə düşüb. Deyirlər ki, “sizə şah gətiririk”. Siz kimsiniz? Siz qələt edirsiniz! Nə İranda yaşayan Azərbaycan türkləri, nə də başqa millətlər şah, şeyx istəmirlər!”

 

Paylaş: