
“Telegram”da çox sayda pozuntu və Rusiya üçün potensial təhlükəli məzmun qeydə alınır.
Primeinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, “Telegram” administrasiyası Rusiya hakimiyyəti ilə əməkdaşlıq etmək istəmir.
“Biz çox sayda pozuntu və “Telegram” administrasiyasının hakimiyyət orqanlarımızla əməkdaşlıq etmək istəməməsini qeydə alırıq. Biz ölkəmiz üçün potensial təhlükə yarada biləcək çoxlu miqdarda məzmun qeydə alırıq və buna əsasən, müvafiq qurumlarımız məqsədəuyğun hesab etdikləri tədbirləri görür”, – Kremlin sözçüsü əlavə edib.
Peskov “Telegram”ın qurucusu Pavel Durovun hərəkətlərinin terror fəaliyyətinə kömək etmək ittihamı ilə bağlı cinayət işi çərçivəsində araşdırılmasına da münasibət bildirib. O, bu xəbərlərlə tanış olduğunu, onların öz vəzifələrini yerinə yetirən Federal Təhlükəsizlik Xidmətinin materialları əsasında hazırlandığını söyləyib: “Kremlin mesajlaşma tətbiqlərini bloklayıb-bloklamamaq barədə qərar vermək səlahiyyəti yoxdur. Bu, Kremlin funskiyası deyil. Bu, müvafiq qurumların funksiyasıdır”.