Xəbər axtarın

Son axtarış nəticələri:

Temperatur 4-6 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq- XƏBƏRDARLIQ

18.02.2026 20:19

Hava şəraiti ilə bağlı xəbərdarlıq

Fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir. Məlumata əsasən, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək. Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artacağı ehtimalı var.

Paylaş: