
Türkiyənin Balıkesir şəhərində təyyarə qəzası baş verib.
Primeinfo.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yerli vaxtla gecə saat 00:50 radələrində 9-cu Ana Reaktiv Aviasiya Bazasından havaya qalxan “F-16” tipli döyüş təyyarəsi tapşırıq uçuşu zamanı qəzaya uğrayıb.
Hadisə nəticəsində bir hərbçi şəhid olub.
Türkiyənin Balıkesir əyalətinin qubernatoru İsmayıl Ustaoğlu faktı təsdiq edib və bildirib ki, qəzaya uğrayan təyyarə XIX Baş Reaktiv Hava Bazası Komandanlığına məxsus olub.
O, şəhid pilotun ailəsinə başsağlığı verib.
Türkiyə Müdafiə Nazirliyi qırıcı təyyarənin qəzaya uğradığını təsdiqləyib. Hərbçilər axtarış-xilasetmə əməliyyatına başlayıb və təyyarənin qalıqlarını tapıblar.
Qəzanın səbəbləri araşdırılır.

