Xəbər axtarın

Son axtarış nəticələri:

UEFA ÇL: "Qarabağ" bu gün Bakıda "Nyukasl"la qarşılaşacaq

18.02.2026 10:38


Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.

Primeinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq.

Oyun Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Matçın baş hakimi norveçli Espen Eskos olacaq.

Cavab qarşılaşması isə fevralın 24-də, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.

Paylaş: