Xəbər axtarın

Son axtarış nəticələri:

Ukrayna nümayəndələri Putinlə Moskvada görüşə bilər

11.02.2026 14:58

Ukrayna nümayəndə heyəti Rusiyaya səfər edə bilər.

Primeinfo.az Ukrayna mediasına istinadən xəbər verir ki, onların Moskvada Putinlə görüş keçirməsi müzakirə olunur.

Bunun Ukrayna müharibəsi ilə bağlı danışıqlar prosesini sürətləndirmək üçün variantlardan biri olduğu qeyd edilir.

Danışıqlarda ABŞ nümayəndələri Uitkoff və Kuşnerin “təhlükəsizlik qarantları” kimi çıxış etdikləri bildirilir. Belə ki, təklifə əsasən, onların təyyarəsi Varşavaya uçmalı, orada ukraynalı danışıqçıları götürüb Moskvaya uçmalıdır. Daha sonra hər iki nümayəndə heyəti Putinlə birbaşa danışıqlar aparacaq.

Paylaş: