
Ukraynanın keçmiş energetika naziri Herman Qaluşşenko fevralın 15-nə keçən gecə ölkədən çıxmağa cəhd edərkən saxlanılıb.
Primeinfo.az xəbər verir ki, o, qatarla dövlət sərhədini keçmək istəyərkən nəqliyyat vasitəsindən endirilib.
Bildirilir ki, Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu tərəfindən keçmiş məmurla bağlı araşdırma aparılır və sərhəd xidməti bu çərçivədə məlumatlandırılıb.
İstintaq çərçivəsində energetika sektorunda mümkün maliyyə pozuntuları araşdırılır. Qeyd olunur ki, məsələ ilə bağlı yayımlanan bəzi telefon danışığı qeydlərində sabiq nazirin də adının hallandığı iddia olunur.