Xəbər axtarın

Son axtarış nəticələri:

Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb

25.12.2025 22:00

Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaya saxlanılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə bildirilib.

Qeyd olunub ki, Axalayanın saxlanılması Tbilisidəki 4 oktyabr hadisələri ilə bağlıdır.

Qeyd edək ki, oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkilərindən sonra keçirilən aksiya prezident sarayı qarşısında iğtişaşlarla davam etdirilib. Etirazçılar prezident iqamətgahına basqına cəhd ediblər.

Xatırladaq ki, Baço Axalaya Gürcüstanın müdafiə naziri vəzifəsini 2009-2012-ci illərdə tutub.

Paylaş: