
“Zatulin və Zatulin kimilər özbaşına danışmırlar. Bu Rusiya mərkəzi hakimiyyəti tərəfindən gələn təlimatlar əsasında səslənən bəyanatlardır. Hansısa Zatulin, hansısa Solovyov, hansısa Duqin birinci şəxsin razılığı olmadan bu cür fikirlər səsləndirə bilməz”.
Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Oqtay Qasımov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Qeyd edək ki, 5 fevral tarixində Rusiya Federasiyası Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin birinci müavini, hakim “Vahid Rusiya” Partiyasının üzvü Konstantin Zatulinin ölkəmizdə Ermənistan Respublikası vətəndaşlarının məhkum olunması ilə bağlı bəyanatı ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.
Davamı “Qırmızı masa”da: