
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing KC-135” tipli yanacaq dolduran uçak cümə axşamı İraqın qərbində qəzaya uğrayıb.
Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, təyyarənin 6 ekipaj üzvünün hamısı həlak olub.
Məlumata görə, insidentdə iki təyyarə iştirak edib. Onlardan biri İraqın qərbində qəzaya uğrayıb, digəri isə təhlükəsiz şəkildə eniş edib.
Komandanlıq vurğulayıb ki, qəza nə düşmən, nə də dost atəşi nəticəsində baş verib.
Qeyd edilib ki, bu, İrana qarşı əməliyyatlar zamanı itirilən dördüncü ABŞ təyyarəsidir.
“Boeing KC-135″ əsas hava yanacaqdoldurma təyyarəsidir – tək bir uçuşda 90 tona qədər yanacaq ötürə bilir. Bu nəhəng təyyarənin dəyəri təxminən 25 milyon dollardır.