Xəbər axtarın

Son axtarış nəticələri:

Ağdərədə döyüş sursatları məhv ediləcək - MN

02.03.2026 16:46

02-06 mart tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – deyə bildirilib.

Paylaş: