Rusiya Prezienti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında görüş keçirilib. Primeinfo.az xəbər verir ki, liderlər iyulun 25-də Rusiya və Qazaxıstanın XXII Regionlararası Əməkdaşlıq Forumunda iştirak etməzdən əvvəl Omska görüş keçiriblər. Putin bildirib ki, Rusiya ilə Qazaxıstan arasında münasibətlər uğurla inkişaf edir və praktikada strateji xarakter daşıyır.
Çin ABŞ və İran arasındakı münaqişənin nizamlanmasında Pakistanın vasitəçilik rolunu yüksək qiymətləndirir və İslamabadın bu istiqamətdəki səylərini dəstəkləməyə davam etmək niyyətindədir. Primeinfo.az xəbər verir ki, bu barədə Çin xarici işlər naziri Van İ ilə onun pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasındakı görüşün yekunlarına dair Çin Xarici İşlər Nazirliyinin (XİN) şənbə günü dərc olunmuş bəyanatında deyilir. Van İnin sözlərinə görə, Pekin İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumunun əldə olunmasında Pakistanın rolunu yüksək qiymətləndirir, tərəflərin dialoq və danışıqlara qayıtmasına, eləcə də hərbi əməliyyatların davamlı şəkildə dayandırılmasına nail olunmasına yardım edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Maliyyə Tədbirləri üzrə İşçi Qrupu və Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə …
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Primeinfo.az xəbər verir ki, nazir bu barədə “X” hesabında paylaşım edib. “Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün Türkmənistana işgüzar səfərimiz zamanı Prezident cənab Sərdar Berdiməhəmmədovun qəbulunda olduq.
İran nümayəndə heyəti ABŞ tərəfi ilə danışıqlar aparmaq üçün İsveçrənin Sürix şəhərinə gəlib.
General-mayor A.İbrahimov dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Belarus münasibətlərinin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını qeyd edib.
Küveyt Dövlətinin səhiyyə naziri Əhməd Abdulvahab Əl-Əvadi ilə Azərbaycanın bu ölkədəki səfiri Emil Kərimov arasında görüş keçirilib.
Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Şimali Kipr arasında yüksək səviyyəli təmasların dinamikası, parlamentlərarası əlaqələrin və siyasi partiyalar xətti ilə əməkdaşlığın inkişafı məmnunluqla qeyd olunub.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) “MEDİA Könüllüləri” proqramının məzunları və növbəti könüllülük proqramına seçilən gənclərlə görüş keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb. Agentliyin İcraçı direktoru Əhməd İsmayılov Agentliyin gənclərin peşəkar inkişafına yönəlmiş fəaliyyətindən, könüllülük proqramının əhəmiyyətindən və media sahəsində kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərdən danışıb.
Sabah İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü keçiriləcək.