Xəbər axtarın

Son axtarış nəticələri:

"Qarabağ" və "Zirə"nin oyunları hansı kanallarda yayımlanacaq?

23.07.2026 18:00

"Qarabağ" və "Zirə"nin oyunları hansı kanallarda yayımlanacaq?
Bu gün UEFA Avropa Liqası və UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Primeinfo.az xəbər verir ki, Azərbaycanı bu liqalarda təmsil edən “Qarabağ” və “Zirə”nin oyunları Bakı vaxtı ilə 20:00-da başlayacaq.

UEFA Avropa Liqasında ölkəmizi təmsil edən “Qarabağ”ın Bolqarıstanın ÇSKA klubu ilə Bakıdakı oyununu “CBC Sport”da yayımlayanacaq.

UEFA Konfrans Liqasında Estoniyada “Payde”nin qonağı olacaq “Zirə”nin oyununu isə azarkeşlər “İdman TV”də izləyə biləcəklər.

23 iyul

UEFA Avropa Liqası

20:00. “Qarabağ” – ÇSKA (Sofiya) (CBC Sport)

UEFA Konfrans Liqası

20:00. “Payde” – “Zirə” (İdman TV)

Paylaş: