
Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş rəhbəri Özgür Özel və 90 millət vəkili partiyadan istefa verib.
Primeinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, Ö.Özel CHP-dən istefa etdikdən sonra “Yeni Partiya”nın Təsisçilər Şurasına qatılıb və təşkilatın təsis sənədlərini imzalayıb.

Qeyd edək ki, 2026-cı il mayın 21-də Ankara Bölgə Ədalət Məhkəməsi CXP-nin 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayının nəticələrini ləğv edib.
Beləliklə, qurultayda CXP sədri seçilən Özgür Özel vəzifəsindən kənarlaşdırılıb, onun qalib gəldiyi Kamal Kılıçdaroğlu isə partiya rəhbərliyinə bərpa edilib.