
V Milli Yaylaq festivalının ikinci günü də çox böyük insan izdihamı ilə davam edir.
Primeinfo.az xəbər verir ki , festival çərçivəsində ziyarətçilər Azərbaycanın milli mədəniyyətini, qədim el sənətlərini, ənənəvi kənd həyatını və Azərbaycan mətbəxinin zəngin nümunələrini yaxından tanımaq imkanı əldə ediblər.
Milli idman növləri və etnospor üzrə təşkil olunan proqramlar iştirakçılar tərəfindən böyük maraqla qarşılayır.
Üç gün davam edəcək festivala ölkənin müxtəlif bölgələrindən, həmçinin xarici dövlətlərdən çoxsaylı qonaqlar qatılıb.
Turist Orxan Musayev deyib ki, ilk dəfədir bu festivalda iştirak edir:
“Çox maraqlı keçir. Həm özümüzün, eyni zamanda digər türkdilli xalqların mədəniyyəti, tarixi, rəqsləri və digər ənənələrini əyani olaraq gördüm. Burada vaxt rəngarəng və əyləncəli keçir”.
Macarıstanlı Fəhir Yojef bildirib ki, Macarıstan Turan Fondundan qonaq qismində festivala gəlib:
“Biz burada Azərbaycanlı qardaşlarımıza onlarla bir yerdə və yaxın qohum olduğumuzu göstərmək üçün gəlmişik. Artıq 3 dəfədir ki, burada iştirak edirəm. Dəvət ücün təşəkkür edirəm”.
