Xəbər axtarın

Son axtarış nəticələri:

İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTO

10.07.2026 20:58

İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Maliyyə Tədbirləri üzrə İşçi Qrupu və Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin prezidenti, Böyük Britaniyanın Maliyyə Nazirliyində İqtisadi Cinayətkarlıq və Sanksiyalar üzrə direktor Giles Tompson, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Eqmont Qrupun sədri, Polşanın Maliyyə Nazirliyinin Maliyyə Məlumatları Departamentinin direktor müavini Elzbieta Franko-Yaskeviç, Eqmont Qrupun icraçı katibi, Fransanın Maliyyə Kəşfiyyat Orqanının Beynəlxalq əməkdaşlıq departamentinin direktor müavini Jerom Bomon, “MONEYVAL” şirkətinin prezidenti, San Marinonun Maliyyə Kəşfiyyat Orqanının direktoru Nikolla Muçiolli, Eqmont Qrupun sədr müavini, Almaniyanın Maliyyə Kəşfiyyat Orqanının rəhbəri Daniel Telesklaf və Eqmont Qrupun sədr müavini, Səudiyyə Ərəbistanının Maliyyə Kəşfiyyat Orqanının rəhbəri Məhəmməd bin Əbdülrahman Almuhannanı qəbul edib.

Primeinfo.az xəbər verir ki, söhbət zamanı ölkəmizin Eqmont Qrupun illik plenar sessiyasına ev sahibliyi etdiyi vurğulanaraq, tədbirin yüksək səviyyədə təşkil olunduğu, orada səmərəli müzakirələrin aparıldığı qeyd edildi.

Görüşdə Azərbaycanla nümayəndə heyətinə daxil olan qurumlar arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, tərəfdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

Ölkəmizdə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ardıcıl tədbirlər görüldüyü, bu istiqamətdə mühüm nailiyyətlərin əldə edildiyi bildirildi.

Paylaş: